Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Zəfərindən Güc Al" devizli minifutbol üzrə Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası turnirə yekun vurulub.

Presssport.az xəbər verir ki, bu haqda Bakı Şəhər İcra Hakimiyyətindən məlumat yayıb.

Bildirilib ki, turnir Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidr.

Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1266 yeniyetmə idmançının yer aldığı 123 komanda iştirak edib.

Turnirin birinci turu oktyabrın 24-dək paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub.

Tədbirin əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova iştirakçılar qarşısında çıxış edib.

Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib. Final oyununda Yasamal rayonunun komandası Sabunçu rayonunun komandası görüşüb. 7:5 hesabı ilə qalib gələn Yasamal rayonunun komandası turnirin qalibi olub. Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC