“Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik”.
Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev Bakıda təşkil edilən idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
O, idmanın gənclərin sağlam həyat tərzi keçirməsinə kömək etdiyini deyib: “Çempionatda peşəkar və yüksəksəviyyəli idmançılar mübarizə aparırlar. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman növləri ölkəmizdə ildən-ilə inkişaf edir. Ölkə çempionatının Zəfər Günü ərəfəsində təşkili xüsusi məqamdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Azərbaycan Alpinizm Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışa noyabrın 2-də yekun vurulacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC