Daha bir cüdoçumuz Avropa çempionatında qızıl medalçı olub

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Presssport.az xəbər verir ki, finalda Kənan Nəsibov Polşa təmsilçisi Yakub Sordilini məğlub edərək qızıl medalı qazanıb. 

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə 3-cü olmaq uğrunda qarşılaşıb. Rəqibini üstələyən Kotsoyev bürünc medala sahib olub.

Xatırladaq ki, dünən cüdoçularımızdan İslam Rəhimov (66 kq) Avropa çempionu adını qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC