Bakıda V "Qələbə qaçışı" təşkil edilib

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.

Presssport.az xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və "Qürurla irəli" şüarı altında baş tutub.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 km məsafəni əhatə edib.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında 1-ci olub. Faqət Quliyev yarışı 2-ci, Elşad Nəsibov isə 3-cü pillədə başa vurub.

Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk “3-lük”də qərarlaşıb.

"Qələbə qaçışı"nda gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, "İdman veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqaları təqdim edib.

Həmçinin 2 gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeydiyyat zamanı toplanan vəsait "YAŞAT" Fonduna ianə ediləcək.

Xatırladaq ki, "Qələbə qaçışı" 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC