Abubakar son 6 ilin ilkinə imza atıb

“Neftçi”nin futbolçusu Vensan Abubakar Misli Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı kamerunlu hücumçu 9-cu turun “Qəbələ” (2:0) və 10-cu turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. 

Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk 2 oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə 1 qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Xatırladaq ki, paytaxt təmsilçisi Vensana oktyabrın 21-də 1+1 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC