Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib. Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Misli Premyer Liqasının X turuna təsadüf edib.
30 yaşlı futbolçu “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib.
O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/14 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.
Millimizin də üzvü olan Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudu. O, buna cari mövsümdə nail olan 2-ci oyunçudu. “Turan Tovuz”un milliləşdirilən xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC