Çempionlar Liqası: Əliyar Ağayev "Arsenal"ın matçında 7 vərəqə göstərdi, VAR 2 dəfə qərarını dəyişdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.

Presssport.az xəbər verir ki, görüş İngiltərə nəhənginin 3:0 hesablı qələbəsi ilə bitib

Ağayev meydan sahiblərinin futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə 32-ci dəqiqədə penalti təyin edib. O, VAR-ın müdaxiləsi ilə bu qərarı verib. Bukayo Saka penaltini dəqiq yerinə yetirib. 

Əliyar 88-ci dəqiqədə, hesab artıq 0:3 olarkən "Arsenal"ın qapısına penalti təyin etsə də, VAR-da epizodun təkrarını izlədikdən sonra qərarını dəyişib. O, "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Xatırladaq ki, Ağayevə Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (4-cü hakim) kömək edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC