Çempionlar Liqasının Liqa mərhəsinin 4-cü turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Çelsi" oyununu Pərviz Musayev və türkiyəli həmkarı Ertem Şener birgə şərh edəcək.
Presssport.az xəbər verir ki, tanınmış türkiyəli şərhçi bu səbəblə Bakıya gəlib.
“CBC Sport” bu oyunun şərhi üçün Şenerlə danışıqlara başlamış və bu, uğurla başa çatıb. Beləliklə, axşamkı matçın şərhində o da iştirak edəcək.
Xatırladaq ki, saat 21:45-dən “CBC Sport”da canlı yayımlanacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC