Azərbaycan derbisi: İndiyədək nəhs sayda avtoqol qeydə alınıb

"Qarabağ" və "Neftçi" arasında indiyə qədər keçirilən bəzi matçlarda tərəflər avtoqollara görə də məyusluq yaşayıb.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar arasında baş tutan oyunlarda qeydə alınan avtoqolların statistikasını açıqlanıb.

İlk avtoqol - Səttar Əliyev (“Qarabağ”) - 14.11.1999. “Neftçi” - “Qarabağ” - 2:0

“Neftçi”nin ilk avtoqolu - Jairo Rodriges - 21.08.2016. “Qarabağ” - “Neftçi” - 3:0

İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu - Jairo Rodriges (“Neftçi”) - 21.08.2016. “Qarabağ” - “Neftçi” - 3:0, 25.10.2016. “Neftçi” - “Qarabağ” - 0:2

Ümumi avtoqol sayı - 13

“Neftçi”nin avtoqolları - 8

“Qarabağ”ın avtoqolları - 5

İki avtoqol olan yeganə oyun - 21.05.2022. “Qarabağ” - “Neftçi” - 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)

Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran yeganə oyunçu - Mateus Saldanya - 02.05.2023. “Neftçi” - “Qarabağ” - 2:4

Derbilərdəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola “Neftçi” imza atıb.

4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. “Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola üzülüb.

2016/2017-ci illər mövsümündə daha çox - 3 avtoqol qeydə alınıb. “Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC