Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb.
Presssport.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kiloqram), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kiloqram) bürünc mükafat qazanıblar.
Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə, müvafiq olaraq, fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub edib.
Xatırladaq ki, ilk yarış günündə Qurban Məmmədli də (M2, +100 kiloqram) bürünc medala layiq görülüb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC