Azərbaycan derbisinə doğru: Zubir Emreliyə çata bilər

"Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ” - "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikası açıqlanıb.

Presssport.az xəbər verir ki, derbilərdə ilk qolu Zaur Qarayev ("Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" - "Qarabağ" - 1:1.

“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" - "Qarabağ" - 1:1.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. "Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb.“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ("Qarabağ") derbilərin bombardiridir - 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ("Qarabağ") 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox - hərəyə 4 dəfə fərqlənib.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC