“Qarabağ”ın gənclər komandası “Çelsi”yə də böyük hesabla uduzdu

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.

Presssport.az xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri “Çelsi”nin U-19 komandası ilə qarşılaşıb. 

“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 0:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (İspaniya) isə 0:3 hesabı ilə uduzub.

Hazırda "Çelsi" 12 xalla 1-ci, xalı olmayan "Qarabağ" isə sonuncu - 36-cı pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC