Mareska "Qarabağ"a qarşı oynamaq çətin olduğunu etiraf edib: "Bu cür qollar buraxmaq axmaqlıqdı"

"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində doğma  meydanda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib.

Pressport.az xəbər verir ki, oyundan sonra London klubunun italiyalı baş məşqçisi Entso Mareska keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Niyə heyətdə dəyişiklik etmişdiz?

- Buna məcbur idik. Oyuna doğru start verdik, qol vurduq. Amma sonradan qollar buraxdıq. Özü də rəqib qol vuranda meydanda 10 nəfər idi. Müəyyən dəyişikliklərə əl atdıq. Heyətimiz genişdir və istəyirik ki, hər bir futbolçu şans qazansın. Bəzi futbolçuların da istirahətə ehtiyacı var. Sıx təqvimdəyik və rotasiyalar etməyə məcburuq.

- Dəyişiklik nə ilə bağlı idi?

- Çünki qalib gəlmək niyyətindəydik. Buraxılan qollara reaksiya verdik. Fasilədən sonra daha yaxşı idik.

- "Qarabağ"dan gözlədiyiniz performansı gördüz?

- "Qarabağ" çox gözəl oynayır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi.

Buraxdığınız qollar haqda hansı fikirdəsiz? 

- Hardasa axmaq qollar oldu. Bu cür qollar buraxmaq axmaqlıqdı. Daha ehtiyatlı oynamalı, çox diqqətli olmalı idik.

- Öncədən desəydilər ki, matç 2:2 bitəcək, nə reaksiya verərdiz?

- Belə olmasını istəməzdik. Bir xal qazandıq. Bundan sonrakı oyunlar üçün bərpa olunmalıyıq. Çempionlar Liqasında hər şey mümkündü.

-  "Qarabağ" azarkeşləri üçün hansı fikirdəsiz?

- Stadionda əla atmofer yaranmışdı.

- Hətta Premyer Liqada görüşlərində də topa sahib olanda istənilən kimi oynamırsız. Bu problemi necə aradan qaldıracaqsız?

- Bizdə topa sahib olmaqla bağlı problem olduğunu düşünmürəm. Sadəcə, "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC