Tahir Gözəl "Qarabağ"la qürur duyur: "Daha 4 xal toplasaq, növbəti mərhələyə adlaya bilərik, böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm"

"Qarabağ”ın prezidenti Tahir Gözəl İngiltərənin “Çelsi” klubu ilə keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turundakı (2:2) oyundan sonra açıqlama verib. 

Presssport.az xəbər verir ki, klub rəhbəri ilk olaraq oyun haqda fikirlərini belə bildirib:

“İki gündən sonra Vətən müharibəsində qazandığımız qələbənin 5-ci ildönümünü qeyd edəcəyik. Buna görə də bu oyun simvolik xarakter daşıyır. Dünya bir daha gördü ki, Azərbaycan xalqı cəsurdu. 2-ci qolu 2:1 hesabı ilə öndə olarkən əks-hücumdan buraxdıq. Bu, çox şeyi göstərir. Bu komandadan qürur duyuram. 90 dəqiqə ərzində meydanda sürət var idi. Bu, Azərbaycan futbolu tarixində ən yaxşı oyunlardan biri idi. “Qarabağ” göstərdi ki, o, hazırkı dünya çempionu ilə bərabər səviyyədə oynaya bilər. Qələbə qazanmaq şansımız da var idi. Bütün bunlar təsadüfi deyil. Çoxlu qol imkanı yaratdıq, hesab 2:1 olanda 3-cü topumuzu gözləyirdim. “Çelsi” böyük klubdu, gənc oyunçuları və böyük ambisiyaları var". 

Gözəl yekunda növbəti mərhələyə çıxacaqlarına inamını saxlayır: “Bizim səfər davam edir, inanıram ki, növbəti mərhələyə çıxacağıq. Daha bir uğurlu oyun və “Top-24”-ə düşmək üçün yaxşı şanslarımız olacaq. Hələlik bu barədə danışmaq tezdi. Daha 4 xal toplasaq, növbəti mərhələyə adlaya bilərik. Böyük həyəcanla ilk “24-lüy”ə düşəcəyimizi gözləyirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qürur duyuram”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC