"Qarabağ"ın ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyunda (2:2) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi oyundan dərhal sonra tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Bu isə o deməkdi ki, Kadi bu ilin sonunadək ÇL matçlarında da komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, 29 yaşlı oyunçu cari mövsüm 19 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC