Mövlud Mirəliyev üçqat dünya çempionu olub

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında daha 2 medal əldə edib.

Cüdo Federasiyasından Presssport.az-a verilən məlumata görə, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçu finalda braziliyalı Co Santuşu məğlub edərək 3-cü dəfə dünya çempionu olub.

M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kiloqram) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.

Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kiloqram), Vüqar Babayev (M3, 66 kiloqram) və Zaur Bağırov (M4, +100 kiloqram) mundialın bürünc medalını qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC