Azərbaycan derbisinə doğru: Dubl və het-triklər

Peşəkar Futbol Liqası “Zəfər turu” çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək qeydə alınan dubl və het-triklərin statistikasını təqdim edib.

Presssport.az xəbər verir ki, ilk dublun müəllifi "Neftçi"dən Yunis Hüseynov, "Qarabağ"dan isə Muşfiq Hüseynov olub.

İlk dubl - Yunis Hüseynov (“Neftçi”) - 02.10.1994. “Neftçi” - “Qarabağ” - 3:2

“Qarabağ”ın ilk dublu - Müşfiq Hüseynov - 17.09.1995. “Neftçi” - “Qarabağ” - 2:2

Dublların ümumi sayı - 19

“Neftçi”nin dubllarının sayı - 6

“Qarabağ”ın dubllarının sayı - 13

Yalnız iki futbolçu 2 dəfə dubla imza atıb - Mahir Emreli və Kadi Borges (hər ikisi “Qarabağ”).

İlk het-trik - Georgi Adamiya (“Qarabağ”) - 13.05.2011. “Qarabağ” - “Neftçi” - 3:0

Het-triklərin sayı - 3. Bütün het-triklərə “Qarabağ”ın futbolçuları imza atıb.

İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub - Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib - 13.03.2004. “Qarabağ” - “Neftçi” - 1:3

Xatırladaq ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:44-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC