Çempionlar Liqası: “Qarabağ” bu göstəricidə ilk "3-lük"dədi

Çempionlar Liqasında 4-cü turundan sonra komandaların bəzi statistik göstəriciləri açıqlanıb.

Presssport.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” ən çox top qazanan komandalar arasında ilk “3-lük”dədi.

Ağdam klubu 4 görüşdə 190 dəfə rəqiblərindən top alıb. “Qarabağ”ın futbolçuları ümumilikdə 53 ikili mübarizədə olub ki, onlardan 25-i uğurlu, 28-i uğursuz alınıb.

Sözügedən göstəricidə  “Atletik” (İspaniya) 1-cidi. Bilbao təmsilçisi 202 dəfə topu qazanıb.

Bundan əlavə, "Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran 2 məhsuldar ötürmə ilə bu göstəricidə  5-28-ci yerləri bölüşür.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC