Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 11-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ərəfəsində növbəti maraqlı statistikanı təqdim edib.
Presssport.az xəbər verir ki, bu, Azərbaycan derbilərində məhsuldarlıqla bağlıdır.
Ən məhsuldar oyunlar - 6 qol (08.11.2020. “Neftçi” - “Qarabağ” - 0:6, 02.05.2023. “Neftçi” - “Qarabağ” - 2:4);
“Qarabağ”ın ev oyunlarındakı ən yüksək məhsuldarlıq - 5 qol (25.04.2015 - 3:2, 21.05.2022 - 4:1, 04.05.2024 - 5:0);
Qolsuz oyunlar - 15 dəfə;
Qolsuz oyunlar - “Neftçi”nin meydanında 10, “Qarabağ”ın meydanında 5 dəfə;
Hər iki komandanın qol vurduğu oyun sayı - 45;
Hər iki komandanın qol vurduğu oyunlar - “Neftçi”nin meydanı 21, “Qarabağ”ın meydanı 22, neytral meydanda 2 dəfə.
Xatırladaq ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:44-də başlayacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC