"Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun gözlədiyimiz kimi ağır keçdi. Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər, əks-hücumlarda maksimum çalışdılar və yaratdığımız epizodlar kifayət qədər təhlükəli idi".
Presssport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) matçından sonra mətbuat konfransında Kurban Berdiyev səsləndirib.
Rusiyalı mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb.
- Roberto Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?
- Xeyr, belə bir şey olmayacaq. O, başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.
- "Turan Tovuz"un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?
- Qırmızı vərəqədən sonra bu xal yaxşıdı.
- Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi?
- Mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını niyə dəyişdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC