Azərbaycan Badminton Federasiyasının prezidentinin müşaviri Çində işgüzar səfərdədi

Azərbaycan Badminton Federasiyasının (ABF) prezidentinin idman məsələləri üzrə müşaviri Əjdər Cəfərov Çində işgüzar səfərdədi.

Presssport.az ABF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Asiyada kifayət qədər tanınan brendlərdən sayılan "Flexpro" ilə əməkdaşlıq, sponsorluq məsələləri müzakirə olunub. 

"Flexpro" brendinin nümayəndəsi Cəfərova təqdim etdikləri məhsullarla bağlı ətraflı məlumat verərək ABŞ, Kanada, Cənubi Koreya, Sinqaur, İndoneziya, Malayziya və digər ölkələrdə geniş satış şəbəkəsinə malik olduqlarını qeyd edib.
Səfər zamanı Çinin 15-ci milli oyunlarını izləyən Cəfərov bir sıra seminarlarda iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC