"Zirə" 400-ə çatıb

“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.

Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.

Onu da bildirək ki, "Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də I dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC