Cüdo millimiz İslamiadanın qalibi olub

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Presssport.az xəbər verir ki, millimiz cüdo üzrə qarışıq komanda yarışlarının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Onu da bildirək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.

Millimizin heyətində F.Əlizadə (57 kq), H.Heydərov (73 kq), S.Ağayeva (70 kq) və Elcan Hacıyev (90 kq) öz görüşlərini qələbə ilə başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC