Dünya reytinqi: “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, 502 klubun yer aldığı cədvəldə 3 Azərbaycan təmsilçisi var.

Klublarımızdan ilk “100-lüy”ə düşən yalnız "Qarabağ"dı. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib - 82-ci pillədən 65-ci yerə qalxıb.

"Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.

Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdü.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC