Millimizin futbolçusu Rusiya çempionatında növbəti dəfə rəmzi komandaya düşüb

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu - XXVI turun rəmzi komandasına düşüb.

Presssport.az xəbər verir ki, "Zenit"in formasını geyinən müdafiəçi MOİK ilə matçdan (0:1) sonra fərqləndirilib.

Nigar Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

"Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. 

Xatırladaq ki, Mirzəliyeva daha əvvəl X, XIII və XVII turlarda da həftənin rəmzi "11-liy"ində yer alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC