Tarixi Qələbənin 5 illiyinə həsr olunan “Zəfər turniri” başa çatıb

Azərbaycan İdman Akademiyasının Stadionunda təşkil olunan və Tarixi Qələbəmizin 5 illiyinə həsr edilən "Zəfər turniri"nin final mərhələsi uğurla yekunlaşıb.

Presssport.az xəbər verir ki, gərgin və rəqabətli mübarizə şəraitində keçən yarışda gənc idmançılar yüksək nəticələr göstərib.

Qızlar arasında nəticələr:

1-ci yer: Ağaməmmədli Nilufər

2-ci yer: Bədəlli Sümeyyə

3-cü yer: Butrik Kseniya

Oğlanlar arasında nəticələr:

1-ci yer: Vəliyev Sərdar

2-ci yer: Rəhimli Nurlan

3-cü yer: İsmayılov İslam

Yarışın qaliblərinə mükafatlar Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva, Türkiyə Kamandan Oxatma Federasiyasının beynəlxalq dərəcəli hakimi Alper Güler tərəfindən təqdim edilib.

Turnir ölkəmizdə kamandan oxatma idman növünün inkişafına töhfə verməklə yanaşı, gənc idmançıların yarış təcrübəsinin artırılması, onların beynəlxalq arenaya hazırlanması və  rəmzi olaraq milli ruhun gücləndirilməsi məqsədi daşıyırdı.

Yarış müddətində idmançılar yüksək peşəkarlıq, iradə və dəqiqlik nümayiş etdirərək final mərhələsinə qədər əzmlə mübarizə aparıb. 

Xəlilov bildirib ki, turnirin əhatəsi hər il genişlənəcək və bu  kamandan oxatma idmanının ölkəmizdə sürətlə inkişaf etdiyini təsdiqləyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC