“AMADA idmançıların təmiz və sağlam böyüməsinə mühüm töhfə verir” - icraçı direktor

“AMADA idmançıların təmiz və sağlam böyüməsinə mühüm töhfə verir”.

Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfransın açılış mərasimində deyib.

O, qurumun qarşısına qoyulan başlıca məqsədin təmiz idmançı yetişdirmək olduğunu deyib: “Bu istiqamətdə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq edirik və dostluq əlaqələrinə görə WADA-ya minnətdaram. AMADA milli antidopinq təşkilatları ilə əməkdaşlığa böyük önəm verir. Federasiyalarla və beynəlxalq qurumlarla əlaqələrin gücləndirilməsi əsas hədəflərimizdəndir. İllər keçdikcə daha çox işlər həyata keçiririk. Əsas vəzifəmiz bu işi sistemli şəkildə davam etdirmək və təmiz idmançı yetişdirməkdi”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC