Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
Presssport.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata yiyələnib.
Belə ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatını qazanmışdı.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC