“Bu, Azərbaycana ilk gəlişimdi və hesab edirəm ki, burda olmaq antidopinq sistemini necə daha da təkmilləşdirə biləcəyimizlə bağlı vacib fikirləri bölüşmək üçün əla fürsətdi”.
Presssport.az xəbər verir ki, bu sözləri idmançılar üzrə antidopinq ombudsmanı Anna Torstenson Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antidopinq məsələlərində idmançılara yardım göstərmək və dəstək olmaq onların hüquqlarının qorunması baxımından çox vacib vasitədi: “Məhz bunun üçün buradayam. Yəni dopinqlə bağlı problemi olan idmançılara yardım etməyə çalışan şəxsəm. Bildiyim odur ki, indiyədək yalnız iki azərbaycanlı idmançı ombudsmana müraciət edib. Gələcəkdə isə biz AMADA vasitəsilə ombudsmanın rolu barədə məlumatı daha geniş şəkildə paylaşa bilərik. Mən də bu idmançılara proseslərində yardım göstərməkdən məmnun olaram”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC