Prezident İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdi"

Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı danışıb.

Presssport.az xəbər verir ki, ölkə başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bunları deyib:

"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdi".

Xatırladaq ki, 1977-ci ildən etibarən 2 ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-ci turnirinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək. Bununla futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli futbol komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC