Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Presssport.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC