Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev İmişlidə yeni fəaliyyətə başlamış cüdo zalına baxış keçirib.
Presssport.az ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində məşq prosesi və yaradılmış şəraitlə tanış olunub, məşqçi heyəti və idmançılarla görüşülərək onların fikirləri dinlənilib.
Qeyd olunub ki, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin fiziki və mənəvi cəhətdən sağlam inkişafına töhfə vermək ACF-in əsas prioritetlərindən biridi.
Görüş zamanı İmişli rayonunda, eləcə də ümumilikdə regionda cüdonun inkişaf perspektivləri müzakirə olunub və bu istiqamətdə həyata keçiriləcək əlavə tədbirlər barədə müvafiq tapşırıqlar verilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC