DÇ-2026: Millimiz seçmə mərhələni məğlubiyyətlə və qrup sonuncusu kimi başa vurdu

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb.

Presssport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Fransa yığmasını qəbul edib. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 30 min tamaşaçı izləyib.

Oyunda hesabı millimiz erkən qolla açsa da, rəqib hələ fasiləydək3 qol vurmağı bacarıb - 1:3. Özü də fransızların daha 2 qolunu VAR ləğv edib.

Beləliklə, milli komandamız seçmə mərhələni məğlubiyyət və 1 xalla başa vurub.

Fransa qrup qalibi kimi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. Qrupda ikinci yeri son turda İslandiyaya qalib gələn (2:0) Ukrayna tutub. Onlar mundial üçün pley-off-da yarışmaq hüququ əldə edib.

16 noyabr

D qrupu 

21:00. Azərbaycan - Fransa - 1:3 

Qol: R.Dadaşov, 4 (1:0), J.Mateta, 17 (1:1), M.Akliuş, 30 (1:2), H.Türam, 45+1 (1:3)

Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)

VAR: Kley Ruperti (Niderland)

AVAR: Kristaps Ratnieks (Latviya)

Bakı. Tofiq Bəhramo adına Respublika stadionu

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotskyuk, Qismət Alıyev, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Ceyhun Nuriyev, Xəyal Əliyev, Renat Dadaşov

Ehtiyat heyət: Aydın Bayramov, Səlahət Ağayev, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Anatoli Nuriyev, Nəriman Axundzadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Rüfət Abdullazadə, Cəlal Hüseynov, Mustafa Əhmədzadə

Baş məşqçi: Ayxan Abbasov

Fransa: Lyuka Şevalye, Malo Qyusto, Hefren Türam, Kristofer Nkunku, Yuqo Ekitike, Maqnes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes

Ehtiyat heyət: Bris Samba, Mayk Menyan, Lyuka Din, Dayo Upamekano, Jül Kunde, Florian Toven, Maykl Olise, Rayan Şerki, Vilyam Saliba, Bredli Barkolya

Baş məşqçi: Didye Deşam

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC