2 güləş hakimimiz I kateqoriyaya yüksəlib

Azərbaycanın 2 güləş hakimi I kateqoriyaya yüksəlib.

Presssport.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyasından məlumat yayıb.

Eldar Bayramov bu il İspaniya Qran-prisində (4-6 iyul), Əli Babayev isə "Poland Open" turnirində (30 iyul-3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub.

Bunadək II kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcək.

Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC