Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən məşqçilərin sertifikatlaşdırılması proqramı davam edir.

Bu barədə Presssport.az-a ACF-dən məlumat verilib.

İki mərhələdən ibarət proqramın nəzərə hissəsində iştirakçılara cüdonun tədrisi, idman pedaqogikası, təhlükəsiz məşq mühiti, idmançının inkişaf mərhələləri və digər əsas nəzəri mövzular üzrə geniş biliklər təqdim edilib. Nəzəri imtahanı uğurla tamamlayan məşqçilər hazırda davam edən növbəti mərhələ - praktiki hazırlığa buraxılıb.

Praktiki mərhələdə iştirakçılar 5 gün ərzində məşq prosesinin düzgün təşkili, təhlükəsiz texnikaların tətbiqi, məşq planlaşdırılması və idmançı ilə kommunikasiya sahələrində real praktiki bacarıqlar qazanır.

Təlimlər federasiyanın təcrübəli mütəxəssisləri tərəfindən aparılır. Proqramın hər iki mərhələsini müvəffəqiyyətlə başa vuran iştirakçılara Azərbaycan İdman Akademiyası və ACF-nin birgə peşəkar məşqçilik sertifikatı təqdim olunacaq. Bu sertifikat ölkə üzrə cüdo məşqçiləri üçün vahid standartların tətbiqinə və yüksək keyfiyyətli kadr hazırlığına mühüm töhfə verəcək.

Onu da bildirək ki, proqramın əsas məqsədi ölkədə cüdo üzrə məşqçilik fəaliyyətinin peşəkar standartlara uyğunlaşdırılması, təhlükəsiz tədris metodlarının genişləndirilməsi və keyfiyyətli məşqçilik sisteminin formalaşdırılmasıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC