Rəşad Sadıqovdan Qurban Qurbanovla bağlı maraqlı paylaşım

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov maraqlı paylaşımla diqqət çəkib.

Presssport.az xəbər verir ki, millimizin sabiq kapitanı "Whatsapp" nobil tətbiqinin hekayə bölümündə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla eyni kadrda-formada yer aldığı görüntüləri paylaşıb.

Həmin foto isə 2006-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda Qurbanovun vida oyununda çəkilib.

“Qarabağ”ın baş məşqçisinin fotoda qucağındakı uşaq hazırda klubda rəhbərliyi altında çıxış edən Musa Qurbanlı, qara gödəkçədə olan şəxs isə məşqçinin böyük qardaşı Musa Qurbanovdu.

Xatırladaq ki, 53 yaşlı Qurbanov futbolçu kimi son olaraq "İnter"də (Bakı) oynayaraq peçəkar karyerasını 2005-ci ildə bitirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC