Azərbaycan futbolunun tanınmış simalarından biri, “Neftçi”nin əfsanəvi hücumçusu və milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayevin 85 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Presssport.az xəbər verir ki, tədbirdə veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yubilyarı təbrik edib, ona təmsil etdiyi quruçun xüsusi hədiyyəsini təqdim edib.
Xatırladaq ki, futbolçu kimi “Neftçi”də uzun illər çıxış etmiş və 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandada yer almış Tuayev, məşqçi kimi də milli komandamızda və müxtəlif klublarda çalışıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC