Bu gün Azərbaycanın 4 güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Presssport.az xəbər verir ki, sərbəst güləşçimiz Arseniy Djioyev (86 kq) finalda Xıdır Saypudinova (Bəhreyn) qalib gələrək çempion olub.
Digər sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
İki sərbəst güləşçimiz - Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala yiyələnib.
Maqomedovun bəhreynli rəqibi Əhməd Tajudinov 3-cü yer uğrunda görüşə çıxmayıb. Meşvildişvili isə bürünc medal uğrunda misirli Abdelrahman Şeyatanı 5:0 hesabı ilə üstələyib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC