Şahmat millimiz dünya çempionatında 2-ci oldu - Ülviyyə Fətəliyeva qızıl medala layiq görüldü

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb.

Hər 2 görüşdə FIDE komandası üstün olub (3:1; 2,5:1,5). Beləliklə, Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında 2-ci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC