"Turan Tovuz" Azərbaycan çempionatında yubiley qolunu vurub

"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley qolunu vurub.

Presssport.az PFL-in rəsmi syatına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

"Araz-Naxçıvan"la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov 150-ci qolun müəllifi olub.

Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC