AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə beynəlxalq təyinat alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu F. Hüseynzadənin ilk təyinatıdı.
Sözügedən cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” duelinin güclüsü ilə üz-üzə gələcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC