“Qarabağ” və “Napoli” prezidentləri arasında görüş keçirilib

Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Napoli” və “Qarabağ” klublarının rəhbərləri arasında görüş keçirilib.

Presssport.az xəbər verir ki,, Neapolda baş tutan rəsmi naharda “Napoli”nin prezidenti Eduardo De Laurentis və “Qarabağ”ın prezidenti Tahir Gözel iştirak edib.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da görüşə dəvət olunub.

Həmkarını salamlayan De Laurentis “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışına diqqəti çəkib. Klub prezidentləri iki komanda arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıb. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıb.

Sonda oyunla bağlı xatirə hədiyyələri qarşılıqlı olaraq təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC