Ceyhun Bayramov İtaliyada “Qarabağ”a dəstək olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çempionlar Liqasının 5 turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.

Presssport.az xəbər verir ki, bu haqda Ağdam klubu açıqlama yayıb.

Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Görüş zamanı o, komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC