"Açıq desək, bu mövsüm üçün komandanı sıfırdan yaratdıq. Keçən mövsümdən 13 futbolçu gedib ki, onlardan 11-i əsas heyət üzvüydü. Buna görə komandanı yenidən qurmaq bir az çətin məsələdi. O üzdən gənc futbolçularımıza təşəkkürümü bildirirəm - qələbə qazandılar, həm də bu, əzmkar oldu. O biri oyunlara da yaxşı hazırlaşmaq lazımdı".
Presssport.az xəbər verir ki, bu sözləri “Göyəzən”in prezidenti Elxan Muradov klubun mətbuat xidmətinı açıqlamasında deyib.
AFFA Region Liqasında yeni mövsümdə növbəti turda “Naftalan gəncləri”ni qəbul edən Qazax təmsilçisi doğma meydanda 3 xalı 3 qolla qopara bilib - 3:2. Komandanın yeni baş məşqçisi Süleyman Məmmədovun oğlu olan İsmayıl Məmmədov dublla qələbədə əsas pay sahibi olub. Daha bir qolun müəllifi isə komandanın kapitanı, bombardir hücumçusu Arzuman Vəliyev olub.
Klub rəhbəri açıqlamasında həm çətin qələbədən, həm də çətin durumdan söz açıb: “Bilirdim ki, bizə bu mövsüm çətin olacaq. Çünki komandanın sponsoru yoxdu. Özümüz baxırıq komandaya, hər şeyi özümüz edirik. Bir manat pul gəlmir qıraqdan bizə və nəticədə bu uşaqlara əmək haqqı verə bilmirik. O üzdən böyük təşəkkür edirəm futbolçuıarımıza - onlarda olan bu vətənpərvərlik hisslərinə görə. Nə bacarırlar, onu oynadılar. Düzdü, matçda qol imkanlarımız çox oldu, həddindən artıq çox. Sadəcə, bundan istifadə edə bilmədik. Axır 15 dəqiqə onlar bizi tam üstələmişdi. Bəxt üzümüzə gəldi. Onların bir topu da axırda dirəyə dəydi. Nə isə, yekunda istəyimizə çatdıq, şükür, qələbə qazandıq. Budu əsas məsələ. Ardıcıl 2 matçdı qalib gəlirik evdə. Bu münasibətlə bütün fanatlarımızı, qazaxlılarımızı təbrik edirəm. İnşallah, gələn oyuna da yaxşı hazırlaşarıq”.
Xatırladaq ki, 55 yaşlı Muradov son 2 mövsümdə Region Liqasında “Göyəzən”i “Dördlər finalı”na çıxarıb. O, bu mövsümdə prezident postuna keçərək baş məşqçi vəzifəsinə köməkçisi olmuş 49 yaşlı Süleyman Məmmədovu gətiirb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC