Mikayıl Cabbarov: "Güləş sahəsi növbəti illərdə də yüksək nəticələrlə xalqımızı qürurlandıracaq"

“Güləş sahəsi növbəti illərdə də yüksək nəticələri ilə Azərbaycan xalqını qürurlandırmağa davam edəcək”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

O, AGF-nin Ümumi Yığıncağının baş tutduğunu və tədbirdə qurumun son 4 illik fəaliyyətinin hesabatının dinlənilməsindən sonra İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirildiyini qeyd edib.

Paylaşımda yığıncaq çərçivəsində güləş ictimaiyyətinin üzvləri ilə bu sahədə görüləcək işlərin müzakirə edildiyi vurğulanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC