Türkiyəli məşhur şərhçi Ertem Şener bu gün “Qarabağ” klubunun bazasını ziyarət edib.
Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovla görüşən Şener ona Türkiyə millisinin imzalı formasını və topunu hədiyyə edib.
“44 nömrə”li forma 44 günlük Vətən Müharibəsinə həsr edilib ki, Qurbanov belə bir hədiyyənin çox dəyərli olduğunu deyib. O, həmçinin Türkiyə millisinə DÇ-2026-nın pley-off oyunlarında, klublarına isə avrokuboklarda uğurlar arzulayıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC