“İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçiriləcək

11 dekabr tarixində Stolüstü Tennis Federasiyasının və BrendSport.az saytının təşkilatçılığı ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçiriləcək.

Presssport.az xəbər verir ki, turnir, həmçinin 150 illiyi tamam olmuş Azərbaycan milli mətbuatının il üzrə son tədbiri olmaqla, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və millət vəkili olmuş mərhum Qənirə Paşayevanın 50 illik xatirəsinə ithaf olunur.

Yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, TV əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və s.), eləcə də Avropa, dünya və olimpiya çempionları, müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edəcəklər. Buna görə turnirin geniş auditoriyalı və yüksək səviyyəli olması gözlənilir.

Qruplar üzrə bölgü:

I qrup: Qazi bəylər (öz aralarında)
II qrup: Jurnalist bəylər və müxtəlif peşə sahibləri
III qrup: Jurnalist xanımlar və digər sahələrdən peşə sahibləri

Hər qrup üzrə ilk 4 yerin qalibləri pul mükafatları və sponsor hədiyyələri ilə təltif olunacaqlar.

Tədbir 11 dekabr, saat 10:30-da, “Şua” idman kompleksində start götürəcək.

İştirakçılar üçün idman geyimi və idman ayaqqabısı gətirmək məcburidir. Digər bütün oyun ləvazimatları təşkilatçı tərəfdən təmin olunacaq.

Qeydiyyat üçün iştirakçılardan iş vəsiqəsi və şəxsiyyət vəsiqəsi, qazilərdən isə müvafiq sənədlər tələb olunur.

Qeydiyyat: 070-286-86-29 (WhatsApp)
Son qeydiyyat tarixi: 8 dekabr, saat 18:00

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC