Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.
Presssport.az xəbər verir ki, səfər çərçivəsində MPK-nın baş katibi Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov və sədrin müşaviri Mardonbek Davronov ilə görüşüb.
Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.
Səfərin ilk günündə ARMPK-nın nümayəndə heyəti Daşkənd şəhərində yeni inşa edilmiş Olimpiya və Paralimpiya şəhərciyi ilə tanış olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC