“Hadisənin səbəbkarı yüzdəyüz Saşa İliç idi” - "Şamaxı"nın məşqçisi

Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Presssport.az xəbər ki, qarşılaşma təkcə qollarla yox, komandaların baş məşqçilərinin mübahisəsi ilə də yadda qalıb. Belə ki, "Sumqayıt"ın bərabərlik qolundan sonra hər iki komandanın baş məşqçisi qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Bu səbəbdən sözügedən oyun barədə “Şamaxı”ının baş məşqçisi Ayxan Abbasovun əvəzindən onun köməkçisi Elnur Çodarov danışıb: “Gərgin mübarizə şəraitində keçən oyunun sonu dramatik oldu. Təəssüf ki, nəticə bizim üçün məyusedicidir. Halbuki həftə ərzində rəqibi ciddi təhlil edib, matça hərtərəfli hazırlaşmışdıq. Konsentrasiya çatmadı. Əsasən də, künc zərbəsi zamanı. Rəqib komandanı təbrik edirəm”.

O, həmçinin Abbasovla serbiyalı həmkarı Saşa İliç arasında yaşanmış mübahisə məsələsinə də aydınlıq gətirib: “Hadisələr qoldan sonra rəqib baş məşqçinin texniki zonamıza, konkret olaraq Ayxan Abbasova tərəf etdiyi aqressiv jestlərlə başladı. Gördüyüm məhz bu idi. Həmin hərəkətdən sonra ortalıq qarışdı. Baş verənlərin əsas səbəbkarı yüzdəyüz Saşa İliçdi”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC