Ayxan Abbasov: "İliç bunu etməli deyildi, ikimiz üçün də yaxşı qurtardı"

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 13-cü turunda "Sumqayıt"a məğlub olduqları oyundan (1:2) sonra Presssport.-az-ın Şamaxıya ezam olunmuş əməkdaşının da iştirak etdiyi bkeçirdiyi ilk olaraq görüş barədə danışıb:

"Maraqlı oyun gedirdi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Hesabda önə keçdik. Sonluq bizim üçün çətin keçdi. Belə olmasını istəməzdik. Bizdə bir neçə oyunda oxşar hallar yaşanıb. Oyuna daxil olan oyunçular rəqibin təzyiqi qarşısında çətinlik çəkir. "Zirə"yə də oxşar vəziyyətdə məğlub olmuşduq".

Təcrübəli mütəxəssis son dəqiqələrdə əcnəbi həmkarı Saşa İliçlə arasında yaşanan qalmaqala da aydınlıq gətirib: "Təəssüf ki, rəqibin baş məşqçisinin aqressiyasına dözə bilmədik. Qol sevincindən sonra üstümüzə gəldi. Hər zaman demişəm ki, rəqib oyunçular və baş məşqçilər sevinməkdə sərbəstdi. Futbolçularıma da bildirirəm ki, rəqib qələbədən sonra istədiyi kimi sevinə bilər. Amma belə də yox. Saşa İliçin böyük karyerası var. Düzdür, oyundan sonra üzrxahlıq etdi. Amma bunu etməli deyildi. Orda bizim oyunçular daha aqressiv ola bilərdi. İkimiz üçün də yaxşı qurtardı. Özü də mənə bildirdi ki, səhv etmişəm. Burda hər kəs bir-birini tanıyır. Əsas odur ki, böyüklük göstərib öz səhvini etiraf etdi. Biz də qəbul etdik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC